• Bakı 24° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Ayı avtomobildən belə qaçdı - VİDEO

DÜNYA

14 Aprel 2022 | 18:56 | Müəllif: Subhan Mahmudov

Ayı avtomobildən belə qaçdı - VİDEO

ABŞ-ın Bankomba (Şimali Karolina, ABŞ) şəhərində yaşayan qadın əri ilə birlikdə səhər saatlarında itlərini gəzintiyə çıxararkən ev heyvanlarının özlərini narahat apardıqlarını hiss edib.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, ətrafa göz gəzdirən cütlük axşam evlərindən bir qədər kənarda park etdikləri maşının ön şüşəsinin tamamilə sındırıldığını müşahidə ediblər.

Qonşulara müraciət edən qadın onlardan evlərində olan təhlükəsizlik kameralarına baxış keçirməyi xahiş edib.

Nəticədə məlum olub ki, ayı iki balası ilə bir neçə saat onların avtomobilində keçirib.

Öz növbələrində qonşular da gecə yarısı avtomobilin siqnal səslərini eşitdiklərini xatırlayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026