• Bakı 25° C

    11.86 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Hindistan taxıl ixracını dayandırdı

DÜNYA

14 May 2022 | 17:05

Hindistan taxıl ixracını dayandırdı

Bu gündən Hindistanda taxıl ixracını qadağan edən qərar qüvvəyə minib.

Bakıvaxtı.az report-a istinadən bildirir ki, bu barədə ölkənin Ticarət və Sənaye Nazirliyinin Xarici Ticarət Baş İdarəsi məlumat yayıb.

Bu qərar daxili bazarda qiymətlərin artmasına nəzarət tədbirləri çərçivəsində qəbul edilib.

Hindistan bu ilin mart ayında aparıcı taxıl ixracatçısı olmaq üçün yaxın gələcəkdə ciddi addımlar atacağını bəyan edib. Bununla belə, ölkədə taxıl yetişdirilən ərazilərdə havaların kəskin isti keçməsi daxili bazarda bu məhsulun qıtlığı ilə bağlı narahatlıq yaradıb.

Bu il Hindistanda ötən illə müqayisədə 2,5% çox - 111,3 milyon ton taxıl yığılıb. Hazırda ölkənin anbarlarında nəzərdə tutulandan təxminən 2 dəfə çox - 28,3 milyon ton taxıl ehtiyatı var.

Ötən il Hindistan planlaşdırdığından 5,5 dəfə çox - 6,1 milyon ton taxıl ixrac edib. Bu il bu rəqəmin 4 milyon ton olması nəzərdə tutulub. Hindistan tədarükçüləri taxılın tonunu 300 ABŞ dollarından baha satır.


SON XƏBƏRLƏR

02 Iyul 2025