• Bakı 19° C

    2.29 m/s

Meksikanın yeni səfiri Bakıya gəldi

SİYASƏT

08 Dekabr 2022 | 20:17 | Müəllif: Subhan Mahmudov

Meksikanın yeni səfiri Bakıya gəldi

Meksikanın Azərbaycandakı yeni səfiri Viktoriya Romero Bakıya gəlib.

Səfirliyin Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Viktoriya Romero etimadnaməsinin surətini Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Ramil Rzayevə təqdim edib.

Görüş zamanı tərəflər Azərbaycan ilə Meksika arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, V.Romerodan əvvəl Meksikanın ölkəmizdəki diplomatik missiyasına Rodriqo Labardini rəhbərlik edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR