• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Şuşa-Laçın yolu: Aksiyanın 25-ci günü

SİYASƏT

05 Yanvar 2023 | 08:49 | Müəllif: Qalib İbrahimoğlu

Şuşa-Laçın yolu: Aksiyanın 25-ci günü

Azərbaycanlı eko-aktivistlərin Şuşa-Laçın yolunda başladığı aksiyadan 25 gün keçir.

Bakıvaxtı.az iştirakçılara istinadla xəbər verir ki, havanın şaxtalı, soyuq olmasına baxmayaraq, aksiya gecə saatlarında da davam edib. 

Günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan aksiyaçılar müxtəlif şüarlar səsləndiriblər. 

Aksiyada təhlükəsizlik qaydalarına tam riayət olunub. Heç bir insident müşahidə edilməyib.

Xatırladaq ki, eko-aktivistlərin, ictimaiyyət nümayəndələrinin dekabrın 12-dən başladığı etiraz aksiyasında Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması tələb edilir.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026