• Bakı 29° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9589

    RUB - 2.334

Səfirlikdəki terrorun qarşısını alanlarla bağlı  SƏRƏNCAM

SİYASƏT

03 Fevral 2023 | 15:28

Səfirlikdəki terrorun qarşısını alanlarla bağlı  SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Bakıvaxtı.az  xəbər verir ki, Sərəncama əsasən, 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

1-ci dərəcəli “Rəşadət” ordeni ilə

Tağıyev Vasif Natiq oğlu

“Vətən uğrunda” medalı ilə

Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra)

İmanov Mahir Kamil oğlu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Iyun 2026