“Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin əməkdaşı etibardan sui-istifadə etməklə pulumu mənimsəyib”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında “Portmanat” şirkətinin əməkdaşı, 1977-ci il təvəllüdlü Kərimov Elşən Kərim oğlu bildirib.
Şikayətçi iddia edib ki, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin nəzarətçi-mühəndisi Emin Xalsayev onu aldadaraq ona qarşı dələduzluq edib: “Emin məndən həmişə borc pul alırdı və vaxtında qaytarırdı. Ona görə ona etibar edirdim. Bu ilin may ayında Emin mənə zəng edib dedi ki, “Azərişiq” ASC-yə hesabat vermək lazımdır, amma Sabunçuda yerləşən bir dondurma sexi borcunu ödəyə bilmir. Eminin sözlərinə görə, onun rəisi, aparıcı-mühəndis Vaqif adlı şəxs dondurma sexinin borcunu bizim ödəməyimizi təklif edib və bildirib ki, 3-4 günə bizim pulu qaytaracaqlar. Mən də işlədiyim şirkətin rəhbəri ilə danışdım. Razılıq verdi. Dondurma sexinin borcunu ödədik. Amma hələ də bizə olan borcu qaytarmırlar”.
Şikayətçi deyir ki, sözügedən idarənin əməkdaşlarının istəyi ilə dondurma sexinin “Azərişıq”a olan 10055 manat məbləğində borcunu ödəyiblər: “Emin 3455 manat məbləğində borcu qaytarıb, amma 6600 manat borcu isə vermir”.
E.Kərimov deyir ki, məsələdən Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi də xəbərdardır: “Elşad adlı rəisin qəbulunda oldum. Mənə söz verdi ki, borc qaytarılacaq. Amma sonradan məni qəbul etmədi, borc da qayıtmadı”.
Şikayətçi bildirib ki, borc qaytarılmasa intihar edəcək: “Məni aldadan idarənin əməkdaşlarına dedim ki borc qaytarılmasa, özümü yandıracam. İnthara cəhd də etdim. Aparıcı-mühəndis Vaqif adlı şəxs polisə müraciət edib”.
Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu Bakıvaxtı.az-ın informasiya sorğusuna cavab verib.
“Bu borc şəxsi zəmində olan problemdi və o məsələni polis araşdırır. Adıçəkilən şəxs artıq “Azərışıq”ın əməkdaşı deyil”, - deyə “Azərişıq”ın sözçüsü bildirib.
Məmurun aldatdığı vətəndaş intihara cəhd etdi - AÇIQLAMA
CƏMİYYƏT
09 Noyabr 2021 | 10:35

SON XƏBƏRLƏR
13 Oktyabr 2026















