• Bakı 19° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb - VİDEO

CƏMİYYƏT

08 Dekabr 2021 | 20:00 | Müəllif: Subhan Mahmudov

Koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb - VİDEO

Şamaxıda polis əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, koronavirus infeksiyasına yoluxan Güntəkin Hümmətovun ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq o, özünə məxsus avtomobillə rayon ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxs yaşadığı ünvana geri qaytarılıb.

G.Hümmətov barəsində Şamaxı Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026