• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

“Omicron” “delta”dan iki dəfə daha tez yayıla bilər

CƏMİYYƏT

08 Dekabr 2021 | 23:04 | Müəllif: Qalib İbrahimoğlu

“Omicron” “delta”dan iki dəfə daha tez yayıla bilər

Koronavirusun “omicron” ştamı “delta” variantından iki dəfə daha tez yayıla bilər.

Bakıvaxtı.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikasının “News24” xəbər portalı koronavirusun yayılması istiqamətində vəziyyətin modelləşdirilməsi ilə məşğul olan beynəlxalq alimlər qrupunun ilkin nəticələrinə istinadən məlumat yayıb.

London Universitetinin Gigiyena və Tropik Təbabət Məktəbindən Karl Pirsonun rəhbərlik etdiyi qrup Cənubi Afrika Respublikasının müxtəlif əyalətlərindən olan koronavirusa yoluxmuş xəstələrin müayinəsinin nəticələri əsasında riyazi model qurub. Nəticədə, yeni ştamın əvvəlkilərdən daha sürətlə insandan insana keçə biləcəyi barədə bundan əvvəl irəli sürülən fərziyyə təsdiqini tapıb. Eyni zamanda, “omicron” ştamının ondan əvvəlki növləri ilə müqayisədə xəstəliyin daha ağır gedişatına gətirib çıxardığı hələ aydın deyil.

Qrup dünya alimlərini yaxın aylarda koronavirusun “omicron” ştamına yoluxma hallarının ehtimal edilən artımına daha yaxşı hazırlaşmaq üçün əldə edilən informasiyadan istifadə etməyə çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026