• Bakı 13° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Üç doza “BioNTech” “omicron”dan qoruyur?

CƏMİYYƏT

09 Dekabr 2021 | 00:53 | Müəllif: Qalib İbrahimoğlu

Üç doza “BioNTech” “omicron”dan qoruyur?

“Omicron” ştamından daha yaxşı qorunmaq üçün peyvəndin üçüncü dozası vurulmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu “BioNTech” şirkətinin baş direktoru Uğur Şahin  koronavirusa qarşı hazırladıqları peyvəndlə bağlı son vəziyyət və “omicron” ştamı ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

Uğur Şahin, “omicron” ştamının iki və üç doza “BioNTech” peyvəndi vurulanlara necə təsir etdiyini araşdırdıqlarını açıqlayıb.

Bildirib ki, araşdırmalarına görə, “BioNTech” peyvəndinin üçüncü dozası virusa qarşı kifayət qədər qorunma təmin edir: "Bu məlumatlar üçüncü dozanın dəyərini açıq şəkildə göstərir".

Əlavə edib ki, lazım gələrsə, yeni ştama qarşı peyvəndi mart ayına qədər hazır edə bilərlər. Onun sözlərinə görə. bu mərhələdə ediləcək ən yaxşı şey, daha yaxşı qorunma təmin etməklə bir doza da peyvənd olunmaqdır".

“BioNTech”in qurucularından Özlem Türec də üç doza “BioNTech” peyvəndinin “omicron” ştamını təsirsiz hala gətirdiyini bildirib./qafqazinfo/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR