Salvadorda minlərlə dəstə üzvünün saxlandığı yüksək səviyyədə qorunan meqa həbsxanasından yeni görüntülər yayılıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, məhbusların vəziyyətini izah edən dövlət rəsmisi “Heç bir qayda pozuntusu yoxdur” deyib. İnsan haqları təşkilatları isə şərtləri qeyri-insani hesab edir.
Məlumata görə, 100 kv.m-lik kamerada 65-75 nəfər olur. Məhbusların saçları qırxılıb, ağ forma geyindirilib.
"Uşaq olanda hamı sənə yalan danışır, yalanlarını şirinləşdirir, sən də səhv edirsən. Böyüyəndə etdiyin səhvi anlayırsan. Burada tanrının köməyi ilə hamımız əzmlə dəyişməyə çalışırıq", - deyə məhbuslar bildiriblər.
Kadrlarda məhbusların çəlləkdən su içdiyi görünür. Bir çox dustaq sabun və dərman çatışmazlığının olduğunu deyir.
Məlumata görə, orada 12 mindən çox məhbus qalır. Məhkumlardan 174-nün pis şərait, işgəncə və qida çatışmazlığı səbəbindən dünyasını dəyişdiyi açıqlanıb.
Ay Tac









jpg-1695808092.webp)


