• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Cəbhədəki vəziyyət: Ukrayna ordusu Donetsk istiqamətində irəliləyib

DÜNYA

27 Sentyabr 2023 | 14:10 | Müəllif: Qalib İbrahimoğlu

Cəbhədəki vəziyyət: Ukrayna ordusu Donetsk istiqamətində irəliləyib

Ukrayna hərbçiləri Donetsk istiqamətində irəliləməyə nail olublar.

Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski təhlükəsizlik orqanlarının rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbçilərlə gündəlik müşavirəsinin yekunlarından sonra bildirib.

"Mən cəbhədəki vəziyyət, texnika və sursatların tədarükü, kəşfiyyat məlumatları ilə bağlı hesabatlar aldım. Donetsk istiqamətində bizim irəliləyişimiz var. Həyata keçirilən başqa planlar da var", - prezident qeyd edib.

Zelenski həmçinin vurğulayıb ki, Xerson vilayətində ruslar silahlarının çata biləcəyi əraziləri terror etməkdə davam edirlər. O cümlədən, gün ərzində düşmən bölgə boyu 26 idarəolunan hava bombası atıb.
“Fəsadlar aradan qaldırılır, insanlara köməklik göstərilir. Mən bu terroru dayandırmaq üçün əlavə həll yolları tapmağı tapşırdım”, - deyə Zelenski əlavə edib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR