• Bakı 23° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Messi böyük mətbuat konfransı keçirəcək

İDMAN

07 Avqust 2021 | 22:03 | Müəllif: Subhan Mahmudov

Messi böyük mətbuat konfransı keçirəcək

Argentinalı ulduz futbolçu Lionel Messi “Barselona” klubundan ayrılması ilə əlaqədar böyük mətbuat konfransı keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə idman jurnalisti Fabrisio Romano özünün “Twitter” səhifəsində məlumat verib.

Jurnalistin iddiasına görə, L. Messi mətbuat konfransında Kataloniya klubundan ayrılmasının səbəblərini izah edəcək və gələcək karyerasına dair suallara aydınlıq gətirəcək.

Mətbuat konfransı “Barselona”nın “Nou Kamp” stadionunda keçiriləcək.

Qeyd edək ki, Fransa mediasının bu gün yaydığı xəbərə əsasən, 16 ildən sonra “Barselona” ilə yollarını ayıran Lionel Messi PSJ ilə anlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026