• Bakı 20° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

MİDA 3 milyon dollarlıq TENDER elan etdi

CƏMİYYƏT

10 Dekabr 2021 | 10:43

MİDA 3 milyon dollarlıq TENDER elan etdi

Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti açıq tender elan edib.

Bakıvaxtı.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, MİDA Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsində yerləşən 1,5 ha torpaq sahəsində və Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha ərazidə çoxmənzilli yaşayış binalarının sahəxarici və sahədaxili kommunikasiya (elektrik təchizatı və su-kanalizasiya) şəbəkəsinin tikintisi, ərazinin şaquli planlaşdırılması, yollar və səkilər, abadlaşdırma işlərinin görülməsi üçün tender keçirir. 

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Qalib şirkətə 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox vəsait ödəniləcək.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR