• Bakı 23° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Milli Observatoriyaya 3 beynəlxalq İSO sertifikatı təqdim edilib

CƏMİYYƏT

19 Mart 2024 | 16:50

Milli Observatoriyaya 3 beynəlxalq İSO sertifikatı təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya üç beynəlxalq ISO sertifikatı təqdim edilib.
 
Observatoriya fəaliyyətinin: ISO 9001:2015 (“Keyfiyyəti İdaretmə Sistemi”), ISO 10015:2019 (“Kompetensiyaların (səriştələrin) idarə edilməsi və personalın inkişafı üzrə rəhbərlik”),
ISO 29993:2017 (“Formal təhsildən kənar öyrənmə xidmətləri – xidmətə olan tələblər”)

standartlarına uyğunluğunun qiymətləndirilməsi məqsədilə müraciət edib. Hər üç istiqamətdə aparılan qiymətləndirmənin nəticəsi olaraq standartlar təsdiqlənib. Qeyd olunan ISO sertifikatları təşkilatın məhsul və xidmətlərinin davamlı inkişafında, səriştələrin idarə edilməsi və işçi heyətinin fəaliyyətinin təkmilləşdirilməsində və s. mühüm dəstək olaraq, təşkilatın ümumi fəaliyyətinə müsbət təsir göstərəcək.

Milli Observatoriya beynəlxalq standartların tələbləri əsasında fəaliyyətin keyfiyyətli idarəedilməsi, təlimlərin təşkili və həyata keçirilməsində standartların tələblərini təmin edəcək.


SON XƏBƏRLƏR

26 Aprel 2024