• Bakı 14° C

    10.75 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 5 İL ÖTÜR

CƏMİYYƏT

21 Oktyabr 2025 | 00:02

Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 5 İL ÖTÜR

Azərbaycanın qədim yaşayış məntəqələrindən olan Zəngilan rayonunun Mincivan qəsəbəsinin erməni işğalçılarından təmizlənməsindən beş il ötür.

Bakıvaxtı.az xatırladır ki, 2020-ci il oktyabrın 21-də Mincivan qəsəbəsi ilə yanaşı, rayonun Babaylı, Üçüncü Ağalı, Sarıl, Xumarlı, Hacallı, Xurama, Cahangirbəyli, Turabad, İçəri Müşlan, Qıraq Müşlan, Məlikli, Üdgün, Baharlı, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Tinli kəndləri, Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli və Zərgər kəndləri işğalçılardan azad edilib.

Mincivan qəsəbəsi Araz çayının sahilində, düzənlikdə yerləşir. 1795-1798-ci illərdə aclıq nəticəsində Cənubi Azərbaycanın Mincivan kəndindən gələn ailələrin məskunlaşması nəticəsində yaranıb, oradakı kəndin adı da yeni məntəqəyə verilib. XIX əsrdə Zəngəzur qəzasında Mincivan adlı iki kənd qeydə alınıb.

Qəsəbə 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğala qədər qəsəbə ərazisində yaşayış binaları, məktəblər, kitabxanalar, uşaq bağçaları, dəmir yolu stansiyası olub. Birinci Qarabağ müharibəsindən sonra ermənilər bütün yaşayış binalarını, məktəbləri, kitabxanaları, uşaq bağçalarını məhv edib, dəmir yolunu sökərək aparıblar. Düşmən buradakı relslərin bir hissəsini satıb, bir hissəsindən isə tank əleyhinə istehkamlar qurmuşdu.


SON XƏBƏRLƏR

20 Oktyabr 2025