• Bakı 14° C

    6.27 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

46 yaşlı kişini spirtlə yandıran şəxs həbs olundu - YENİLƏNDİ

HADİSƏ

16 Fevral 2026 | 16:59

46 yaşlı kişini spirtlə yandıran şəxs həbs olundu - YENİLƏNDİ

Mingəçevirdə mübahisə edən şəxslərdən biri digərinin üzərinə spirt tökərək onu yandırıb.

Bakıvaxtı.az xəbər verir ki, polis əməkdaşları əməli törətmiş 46 yaşlı N.Mikayılovu saxlayıb.

Araşdırma aparılır.

***

2026/02/15      19:46

Mingəçevirdə mübahisə edən şəxslərdən biri digərinin üzərinə spirt tökərək onu yandırıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə bağlar yaşayış massivində baş verib. Mübahisə zəminində tərəflərdən biri 1980-cı il təvəllüdlü Nəbiyev Zaur Fikrət oğlunun üzərinə spirt tökərək onu yandırıb. 

Üz, əl, qol və digər nahiyələrindən müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxs xəstəxanaya çatdırılıb. 

Əldə edilən ilkin məlumata görə, mübahisə edən hər iki şəxs psixoloji problemlərdən əziyyət çəkən xəstələrdir. Faktla bağlı araşdırma aparılır./Unikal


SON XƏBƏRLƏR

03 Aprel 2026