• Bakı 14° C

    1.94 m/s

Mingəçevirdə silah-sursat aşkarlandı

HADİSƏ

14 Oktyabr 2021 | 10:50

Mingəçevirdə silah-sursat aşkarlandı

Daxili İşlər Nazirliyinin ″102″ Zəng Mərkəzinə Mingəçevir şəhəri Energetiklər yaşayış massivindəki çöllük ərazidə silah-sursat olması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Şəhər Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə baxış keçirib.Oradan 823 ədəd avtomat və 31 ədəd iriçaplı pulemyota məxsus güllələr, eləcə də 3 ədəd müxtəlif təyinatlı əl qumbarası aşkarlanıb. Təhlükəsizlik tədbirləri də görülməklə aşkarlanmış silah-sursat ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Mingəçevirdə silah-sursat aşkarlandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR