• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Mirzoyan Brüsseldə Ceyhun Bayramovla görüşməyəcək

SİYASƏT

08 Dekabr 2023 | 19:36

Mirzoyan Brüsseldə Ceyhun Bayramovla görüşməyəcək

"Azərbaycanın xarici işlər naziri Bayramovla danışıqlar və ya görüş nəzərdə tutulmayıb"

Bakıvaxtı.az xəbər verir ki,  Ermənistan XİN-in sözçüsü Ani Badalyan bildirib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşməyəcək.

Ararat Mirzoyan dekabrın 11-12-də Brüsseldə işgüzar səfərdə olacaq və o, dekabrın 11-də keçiriləcək Aİ Xarici Əlaqələr Şurasının iclasına dəvət olunacaq.

Həmin gün Ermənistan XİN rəhbəri həmçinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirləri toplantısında iştirak edəcək.

İkitərəfli görüşlər də planlaşdırılır.


SON XƏBƏRLƏR

26 Iyul 2024