• Bakı 22° C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.9252

    RUB - 2.1118

Mirzоyan Maltada Fidan və Blinken ilə qısa görüşlər keçirib

DÜNYA

05 Dekabr 2024 | 18:33

Mirzоyan Maltada Fidan və Blinken ilə qısa görüşlər keçirib

Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan Valettada (Malta) türkiyəli həmkarı Hakan Fidan və ABŞ Dövlət katibi Antoni Blinken ilə görüşüb.

Bakıvaxtı.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qısa görüşlər ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində keçirilib.

A.Mirzоyanın türkiyəli həmkarı və Blinken ilə apardığı müzakirələrin mövzuları açıqlanmayıb.

Məlumatda qeyd olunub ki, Mirzoyan, həmçinin Almaniya, Avstriya, Lüksemburq, Ukrayna, Niderland və Andorranın XİN başçıları ilə də görüşüb.


SON XƏBƏRLƏR

06 May 2025