• Bakı C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.9964

    RUB - 2.1129

MM üzvü: Avropanın Azərbaycana nəyisə diktə etməyə haqqı yoxdur

SİYASƏT

19 Dekabr 2025 | 11:40

MM üzvü: Avropanın Azərbaycana nəyisə diktə etməyə haqqı yoxdur

Avropanın siyasi alver və saxta fəaliyyət mərkəzi kimi çıxış edən qurumların Azərbaycana dərs verməyə və ya nəyisə diktə etməyə heç bir hüququ yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamran Bayramov parlamentin plenar iclasında bildirib.

Deputat vurğulayıb ki, Avropa Parlamenti artıq uzun illərdir siyasi birja kimi fəaliyyət göstərir və korrupsiya, lobbiçilik və maliyyə şəffaflığı baxımından ciddi problemlərlə üz-üzədir. Buna baxmayaraq, digər ölkələrə tənqid yönəltmək və onlara barmaq silkələmək cəsarətini nümayiş etdirir. “Öz daxilindəki fəaliyyəti idarə edə bilməyən, maliyyə şəffaflığını təmin etmək istəməyən bir qurumun başqalarını ittiham etməsi, sözün əsl mənasında, ən böyük riyakarlıq nümunəsidir”, – deputat qeyd edib.

Kamran Bayramov bildirib ki, Avropa Parlamenti illərdir ki, Azərbaycanı hədəf seçir və “demokratiya”, “insan hüquqları” və “qanun aliliyi” kimi saxta bəhanələr altında ölkəmizə təzyiq göstərməyə çalışır. Lakin o, əlavə edib ki, Azərbaycanın beynəlxalq səviyyədə mövqeyi və regionda artan nüfuzu bu cür cəhdlərin qarşısını alır.

Deputat xüsusilə vurğulayıb ki, bu qətnamələrin arxasında duran əsl məqsəd anti-Azərbaycan dairələrinin ölkəmizin müstəqil xarici siyasətinə, regional təsir imkanlarına və təşviq etdiyi sülh gündəliyinə qarşı yönəlmiş siyasi kampaniyadır. “Biz yaxşı bilirik ki, bu kampaniyaların əsas motivi Azərbaycanın maraqlarına mane olmaq, ölkəmizin nüfuzunu zəiflətmək və regiondakı sülh təşəbbüslərinə kölgə salmaqdır”, – deputat əlavə edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

18 Dekabr 2025