Türkiyə Silahlı Qüvvələri terror qruplaşmaları silahlarını yerə qoymadığı halda Suriyanın ərazi bütövlüyünə hörmət edərək sərhədyanı əməliyyatları davam etdirmək əzmindədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Türkiyə Silahlı Qüvvələri Tişrin bəndi kimi strateji infrastrukturlardan istifadə edərək PKK/YPG/SDG terror təşkilatlarının bölgədə sabitliyi pozmaq cəhdlərinin qarşısını almaqda da qərarlıdır.