2024-cü ilin sentyabrında Rusiyada "Moskvich" markalı avtomobillərin satışı 2,3 min ədədə yüksəlib.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.
Açıqlamaya görə, payızın ilk ayında Rusiyada sözügedən markalı avtomobil ümumilikdə 2252 ədəd satılıb. Ötən ilin müvafiq dövründə bu avtomobillərin satışı təxminən 1,5 min ədəd təşkil edib. Beləliklə, 12 ay ərzində satışlar təxminən 750 ədəd artıb.
Şirkət əlavə edib ki, hesabat dövründə Rusiyada 214 ədəd "Moskviç-6" sedanı və 238 ədəd "Moskviç-3e" elektromobili satılıb.
Gülşən Şərif











