• Bakı 26° C

    14.66 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

MSK növbədənkənar prezident seçkiləri ilə əlaqədar TOPLANDI - YENİLƏNİB

SİYASƏT

08 Dekabr 2023 | 16:12

MSK növbədənkənar prezident seçkiləri ilə əlaqədar TOPLANDI - YENİLƏNİB

Mərkəzi Seçki Komissiyasının növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar iclası başlayıb.
Bakıvaxtı.az
xəxəbər verir ki, iclasın gündəliyinə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi daxil edilib.

MSK sədri Məzahir Pənahov bildirib ki, qərara əsasən, 2024-cü il fevralın 7-də növbədənkənar seçkilər təyin ediləcək.

Qərar səsverməyə çıxarılaraq qəbul edilib. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

MSK 7 fevral 2024-cü ildə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi barədə qərar verib.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib. Sərəncama əsasən, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

 

***

16:05

Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar Prezident seçkiləri iə əlaqədar iclası keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, iclasın gündəliyinə 4 məsələ daxildir.

Bunlar aşağıdakılardır:

1. Növbədənkənar Prezident seçkilərinin təyin edilməsi;

2. Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planının təsdiq edilməsi;

3. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və hərəkətsizlikdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılması;

4. Növbədənkənar Prezident seçkilərində MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi.


SON XƏBƏRLƏR

26 Iyul 2024