• Bakı 23° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Heyvan dişləməsi zamanı nə etməli? - İLKİN YARDIMLAR

CƏMİYYƏT

16 Iyul 2025 | 15:15

Heyvan dişləməsi zamanı nə etməli? - İLKİN YARDIMLAR

"Heyvan dişləməsi zamanı panika düşmək lazım deyil".

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova deyib.

Onun sözlərinə görə, zədə alan nahiyə axar su altında 15 dəqiqəyə qədər 72%-li paltar sabunu ilə yuyulur. Bundan sonra, yara ətrafı spirt və ya yodla təmizlənib ən yaxın tibb müəssisəsinə çatdırılır.

A.Qurbanova qeyd edib ki, ev şəraitində yara yuyulsa belə, xəstəxanada yenə də yara axar su ilə yuyulur və dezinfeksiyaedici məhlulla dezinfeksiya edilir. Bundan sonra xəstədən analiz götürülüb müalicə kursu təyin edilir.

Şöbə müdiri nəzərə çatdırıb  ki, xəstə məlum heyvan dişləməsinə məruz qaldıqda və o heyvan 10 gün müddətində sağ qaldıqda, şərti müalicə kursu təyin edilir.

“Əgər heyvan naməlumdursa və ya məlum olan halda belə 10 gün müddətində ölmüşdürsə, o zaman xəsarət alana qeyri-şərti müalicə kursu təyin edilir”.

Aytəkin Qurbanova bildirib ki, şərti müalicə zamanı xəstəyə zədələnmənin 0, 3 və 7-ci günləri antirabik vaksin vurulur.

 “Qeyri şərti zamanı xəstəyə zədələnmənin 0, 3, 7, 14  və  28-ci günləri antirabik vaksin vurulur. Qeyd edim ki, bu iynələrin hər biri əzələdaxilinə yeridilir”.

Mina Mikayılova


SON XƏBƏRLƏR