• Bakı C

    1.7 m/s

  • USD - 1.7

    EUR - 1.774

    RUB - 1.8085

Müharibə dövründə Ordumuza dəyən zərərin MƏBLƏĞİ

CƏMİYYƏT

13 Fevral 2025 | 23:32

Müharibə dövründə Ordumuza dəyən zərərin MƏBLƏĞİ

Müharibə dövründə Azərbaycan Ordusunun müdafiə arsenalına 908 milyon manatdan artıq məbləğdə qəsdən maddi ziyan vurulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclasında bildirilib.

"Azərbaycan Respublikasına qarşı aparılmış təcavüzkar müharibə dövründə Azərbaycan Ordusunun müdafiə arsenalına 908 milyon manatdan artıq məbləğdə qəsdən maddi ziyan vurulmaqla hərbi əmlakları məhv edilib, yararsız hala salınıb və ələ keçirilib", - iclasda qeyd edilib.


SON XƏBƏRLƏR

13 Fevral 2025