• Bakı 15° C

    6.95 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Cəlilabad morquna gətirilən 34 yaşlı kişi ölməyibmiş

CƏMİYYƏT

15 Mart 2025 | 21:08

Cəlilabad morquna gətirilən 34 yaşlı kişi ölməyibmiş

Cəlilabadda morqa gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün Cəlilabad rayon Tahirli kəndi ərazisində baş verib. Özünü asaraq intihara cəhd edən kənd sakini 1991-ci il təvəllüdlü Xəyal Yusif oğlu Quliyevin "meyiti" Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Məlum olub ki, intihara cəhd edən X.Quliyev ölməyib və o, komatoz vəziyyətdədir. Dərhal X.Quliyev Cəlilabad Rayon Mərkəzi xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Xəyal Quliyevə zəruri olan bütün ilkin tibbi xidmətlər göstərilib, vəziyyəti ağır olaraq qalır.

Fakt araşdırılır./Teleqraf


SON XƏBƏRLƏR

15 Mart 2025