• Bakı 13° C

    1.97 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Bakıda motosikleti insanların üzərinə sürən şəxs həbs edildi

CƏMİYYƏT

15 Mart 2025 | 19:58

Bakıda motosikleti insanların üzərinə sürən şəxs həbs edildi

Bakıda motosikletlə ictimai yerdə xuliqanlıq hərəkətləri edən şəxs məsuliyyətə cəlb edilib.

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, hadisə martın 12-si saat 21 radələrində Xətai rayonu ərazisində baş verib.

Motosikletlə ictimai yerdə davranış qaydalarını pozaraq, nəqliyyat vasitəsini insanların üzərinə sürən, həmçinin ətrafa güclü səs yayan şəxs artıq saxlanılıb.

Onun 1981-ci il təvəllüdlü Masallı rayon sakini S.Həsənov (şərti) olması müəyyən edilib. Eyni zamanda saxlanılan şəxsin orta dərəcəli sərxoş vəziyyətdə olması ekspert rəyi ilə müəyyən edilib.

Barəsində inzibati protokol tərtib edilən S.Həsənova Xətai Rayon Məhkəməsinin qərarı ilə on sutkalıq həbs verilib.


SON XƏBƏRLƏR