• Bakı 16° C

    8.54 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Gəncədə DƏHŞƏT: Bir ailənin 3 uşağı dəm qazından ZƏHƏRLƏNDİ - YENİLƏNİB

HADİSƏ

17 Mart 2025 | 10:24

Gəncədə DƏHŞƏT: Bir ailənin 3 uşağı dəm qazından ZƏHƏRLƏNDİ - YENİLƏNİB

Martın 17-də saat 02:10 radələrində 3 nəfər (2 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə apa-ya TƏBİB-dən bildirilib.

    Məlumata görə, 2012, 2015, 2017-ci il təvəllüdlü pasiyentlərə dəm qazının toksiki təsiri diaqnozu təyin edilib.

    Onlara zəruri tibbi yardım göstərilib, vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

    ***

    09:04

    Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

    Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, 2012-c il təvəllüdlü F.Şamilova, 2015-ci il təvəllüdlü H.Şamilov və 2017-ci il təvəllüdlü Z.Şamilova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

      Dərhal uşaqlara yardım edilib, vəziyyətlərinin normal olduğu bildirilir.

      Məlumata görə, zəhərlənən uşaqlar bir ailənin üzvüdür.

      Onların yaşadıqları evin vanna otağında dəm qazından zəhərləndiyi qeyd edilir.

      Faktla bağlı araşdırma aparılır.


      SON XƏBƏRLƏR

      16 Mart 2025