• Bakı 19° C

    1.86 m/s

  • USD - 1.7

    EUR - 2.0154

    RUB - 2.043

ABŞ-də qasırğa nəticəsində ölənlərin sayı artdı

DÜNYA

16 Mart 2025 | 12:40

ABŞ-də qasırğa nəticəsində ölənlərin sayı artdı

ABŞ-də güclü qasırğa nəticəsində ölənlərin sayı 28-ə yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.

Məlumata görə, fırtına və tornado Arkanzas, İllinoys, İndiana, Kentukki, Missisipi, Missuri və Texas ştatlarını vurub. Ölümlərin 15-nin birbaşa tornado ilə bağlı olduğu bildirilir.

Hava şəraiti ümumilikdə 138 milyon insanın həyatına təhlükə yaradır. Küləyin sürəti saatda 80 milə (təxminən 130 km/saat) çatır.

Bundan əlavə, Kanzas, Texas və Oklahoma ştatlarında güclü küləklər toz fırtınalarına səbəb olub və azı 10 nəfərin həyatına son qoyub. Qasırğanın şərqə doğru hərəkət etdiyi qeyd olunur.


SON XƏBƏRLƏR