“Türkiyənin Suriyada Bəşər Əsəd rejimini devirməsi Rusiya ilə yanaşı, İsrailin də planlarını pozdu və təsir imkanlarını zəiflətdi”.
Bunu Bakıvaxtı.az-a politoloq Kənan Novruzov Türkiyənin Suriyadakı artan təsirindən danışarkən deyib.
Onun sözlərinə görə, bu gün İsrail Yaxın Şərqdə çox təhlükəli oyunlar oynayır.
Müsahibimiz bildirib ki, İsrailin atdığı addımlar nəticəsində Yaxın Şərqdə eskalasiyanın böyüməyi ehtimalı var:
“ABŞ İsrail vasitəsilə hətta İranı hansısa savaşa çəkə bilər. Türkiyənin Suriyada İsrailin planlarını pozması Təl-Əviv ən azından çəkindirici faktor kimi qəbul etməlidir. İsrail başa düşməlidir ki, Türkiyə digər məqamlarda da Suriyaya əngəl törədə və əlini zəiflədə bilər. İndiki məqamda Türkiyə ilə İsrail müəyyən qədər mövqelərini yaxınlaşdırmağa çalışır. Çünki ABŞ və bəzi qüvvələr Türkiyə-İsrail gərginliyinin davam etməsində və artmasında maraqlıdır".
Kənan Novruzov: İsrailin atdığı addımlar nəticəsində Yaxın Şərqdə eskalasiyanın böyüməyi ehtimalı var
Politoloq vurğulayıb ki, bütün hallarda mövcud vəziyyətdə İsrailin Türkiyə ilə münasibətləri gərginləşdirməsi tərəflər üçün səmərəli deyil.
Qeyd edək ki, Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun (INSS) baş tədqiqatçısı Qallia Lindenstrauss bildirib ki, Suriya məsələsində Türkiyə İsraildən daha çox maraqlıdır və buna uyğun şəkildə sərmayə qoyur. İsrailin Suriyaya yanaşması isə sırf təhlükəsizlik prizmasındandır.
Gülşən Şərif