Uruqvayın sabiq prezidenti Xose Muxikanın vəfatı ilə bağlı üçgünlük milli matəm elan edilib.
Bakıvaxtı.az xəbər verir ki, Montevideoda Muxika üçün hərbi parad keçirilib, Latın Amerikasının müxtəlif ölkələrindən siyasi və ictimai liderlər vida mərasimində iştirak ediblər.
Latın Amerikasının aparıcı solçu simalarından biri və keçmiş partizan döyüşçüsü olan Muxika təvazökar həyat tərzinə görə tez-tez “dünyanın ən kasıb prezidenti” adlandırılırdı.
Onun cənazəsinin Uruqvay Qanunvericilik Sarayındakı İtirilmiş Addımlar Salonunda dövlət mərasimi ilə ictimaiyyətə açılacağı bildirilib. Dəfn mərasiminin mayın 16-da keçiriləcəyi açıqlanıb.