İsrailin zərbələrinə cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki hərbi hədəfləri hədəf alan "Doğru vəd 3" əməliyyatına başladığını elan edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında deyilir.
"İran İslam İnqilabı Keşikçiləri Korpusu “Doğru vəd 3” əməliyyatı çərçivəsində.sionist rejimin onlarla hədəfinə, o cümlədən hərbi mərkəzlər və hava bazalarına dağıdıcı və dəqiq zərbələr endirir", - bəyanatda qeyd edilir.