• Bakı 29° C

    0.49 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

ABŞ-la toqquşma istəmirik - Tayani

DÜNYA

13 Iyul 2025 | 23:24

ABŞ-la toqquşma istəmirik - Tayani

Gömrük rüsumları ilə bağlı ABŞ-la toqquşma istəmirik, başımızı dik tutaraq danışıqlar aparmalıyıq.

Bakıvaxtı.az Azərtac-a istinadən xəbər verir ki, bunu İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib.

“Prezident Donald Trampın bu cür hərəkəti gözlənilirdi və mən bunu onun danışıqlar taktikasında bir addım kimi qiymətləndirirəm. Danışıqlar bitməyib və yaxın vaxtlarda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen, vitse-prezident Maroş Şefçoviç və bütün ekspertlərimiz növbəti addımları müəyyən etmək üçün çalışacaqlar. Bildiyiniz kimi, bütün mümkün variantlar artıq nəzərdən keçirilib.

ABŞ-la toqquşma istəmirik, lakin şirkətlərimizi, sənayemizi və işçilərimizi müdafiə etmək istəyirik. Biz başımızı dik tutaraq danışıqlar aparmalıyıq. Bu qeyri-müəyyənlik dövrü başa çatmalıdır. Çünki şirkətlərimizin əminliyə ehtiyacı var, onlar ABŞ-da aydın çərçivədə işləməlidirlər. Mən həmişə optimistəm, amma biz ancaq Avropa sənayesini müdafiə edə bilərik”, - deyə İtaliya Baş nazirinin müavini bildirib.


SON XƏBƏRLƏR

13 Iyul 2025
12 Iyul 2025