• Bakı 7° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Yunanıstanda güclü yanğın: kəndlər boşaldıldı

DÜNYA

12 Avqust 2025 | 22:16 | Müəllif: Subhan Mahmudov

Yunanıstanda güclü yanğın: kəndlər boşaldıldı

Yunanıstanda güclü külək və yüksək temperatur səbəbindən Peloponnes yarımadasından Qərbi Yunanıstana qədər bir çox bölgədə meşə yanğınları baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, yanğın ölkənin qərbindəki Ahaia bölgəsində sürətlə yayılaraq yaşayış məntəqələrinə və Patra Sənaye Zonasına çatıb. Patra-Pirqo avtomobil yolu bağlanıb. Yanğın səbəbindən 5 kəndin təxliyəsi barədə göstəriş verilib.

Bundan əlavə, ərazidə olan çimərlikdə qapalı qalan 51 nəfər sahil təhlükəsizlik qrupları tərəfindən təhlükəsiz bölgələrə köçürülüb./Axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR