Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə zərbələr endirməyə davam edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski hərbçilərlə görüşdən sonra Telegram kanalında bildirib.
"Bizim bölmələrimiz düşməni məhv etməyə davam edəcək və qarşıdurmanın Rusiya ərazisinə keçməsi üçün hər şeyi edəcək. Biz yeni uzaqmənzilli zərbələr hazırlayırıq", - ukraynalı siyasətçi yazıb.
O qeyd edib ki, Kiyev Rusiyanın hücum hərəkətlərini inkişaf etdirmək niyyətini görür. Eyni zamanda, Zelenski hesab edir ki, Rusiya Silahlı Qüvvələrinin ukraynalılara zərər vurmaq üçün hər cəhdi Ukrayna Silahlı Qüvvələri bölmələrinin müqaviməti sayəsində “boğulur”. Onun sözlərinə görə, Rusiya ordusu “bu yay üçün komandanlığının gözləntilərindən xeyli geri qalıb”