• Bakı 19° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Fransa müdafiə büdcəsini iki dəfə artırır

DÜNYA

13 Iyul 2025 | 23:12 | Müəllif: Subhan Mahmudov

Fransa müdafiə büdcəsini iki dəfə artırır

Fransa hakimiyyəti qarşıdakı illərdə müdafiə xərclərinin artırılmasını sürətləndirmək niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron ölkə ordusuna müraciətində deyib.

O bildirib ki, müdafiə büdcəsi 2027-ci ildə 64 milyard avro təşkil edəcək ki, bu da 2017-ci ildəkindən iki dəfə çoxdur:

"2030-cu ilə qədər hərbi büdcəni iki dəfə artırmağı planlaşdırsaq da, bunu 2027-ci ilə qədər edəcəyik. 2026-cı ildə müdafiəyə əlavə 3,5 milyard avro, 2027-ci ildə isə daha 3 milyard avro ayrılacaq. Beləliklə, müdafiə büdcəsi bir ildə iki dəfə artaraq 64 milyard avro olacaq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026