Rusiya Hava Hücumundan Müdafiə (HHM) vasitələri gecə ərzində Moskva regionu da daxil olmaqla, ölkənin beş regionu üzərində 115 Ukrayna pilotsuz uçuş aparatını (PUA) ələ keçirib və onlar məhv edilib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"HHM vasitələri ilə 115 Ukrayna pilotsuz uçuş aparatı ələ keçirilib və məhv edilib", - nazirlikdən bildirilib.
Qeyd edilib ki, 109 PUA Kursk vilayəti ərazisi üzərində, üçü Voronej vilayətində, biri Moskva regionunda, biri Bryansk və biri Orlov vilayətlərində vurulub.