• Bakı 11° C

    7.13 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

“Kahı”ya oxşasa da, narkotik olduğu üzə çıxdı - Astarada əməliyyat - FOTOLAR

CƏMİYYƏT

16 Mart 2025 | 17:32

“Kahı”ya oxşasa da, narkotik olduğu üzə çıxdı - Astarada əməliyyat - FOTOLAR

Yük nəqliyyat vasitəsindən “kahı” formasına salınaraq gömrük nəzarətindən gizlədilməyə cəhd göstərilən külli miqdarda narkotik vasitə-marixuana aşkar edilib.

Bu barədə Bakıvaxtı.az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” yükü aparan nəqliyyat vasitəsi “Astara” gömrük postunun idxal nəzarət xəttində saxlanılıb.

Stasionar rentgen qurğusunda baxış zamanı yük nəqliyyat vasitəsində şübhəli cizgilər müşahidə edilib və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması keçirilib.

Xidməti it nəqliyyat vasitəsindəki 2 paletə reaksiya verib. Yoxlama zamanı həmin paletlərdə gömrük nəzarətindən gizlədilən 264 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 101 kiloqram 732 qram narkotik vasitə-marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

16 Mart 2025
15 Mart 2025