• Bakı 10° C

    7.13 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

ABŞ-da tornado: ölənlərin sayı 35-ə çatdı

DÜNYA

16 Mart 2025 | 23:12

ABŞ-da tornado: ölənlərin sayı 35-ə çatdı

ABŞ-ın mərkəzi və cənub ştatlarında hökm sürən güclü külək və tornado səbəbindən ölənlərin sayı 35-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, ölüm halları Missuri, Kanzas, Arkanzas, Texas, Oklahoma ştatlarında qeydə alınıb. Fırtına nəticəsində yollar dağılıb, elektrik naqilləri sıradan çıxıb, ağaclar aşıb, evlərə güclü xəsarət dəyib. İki yüz minə yaxın insan elektrik enerjisiz qalıb.

Martın 14-dən başlayan kəskin hava şəraiti ölkənin şərqinə doğru irəliləyir və hazırda Floridadan Pensilvaniyaya qədər 50 milyondan çox insan şiddətli fırtına təhlükəsi altındadır.


SON XƏBƏRLƏR

16 Mart 2025
15 Mart 2025