• Bakı 19° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Ukrayna ilə danışıqların yeni raundu olacaq - ABŞ

DÜNYA

16 Mart 2025 | 20:49 | Müəllif: Subhan Mahmudov

Ukrayna ilə danışıqların yeni raundu olacaq - ABŞ

Gələn həftə ABŞ-ın Rusiya və Ukrayna ilə danışıqlarının yeni raundu baş tutacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerika prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.

"Bizim danışıqlar aparan komandamız bu həftə ukraynalılarla görüşəcək və onlarla müzakirələr aparacaq. Eyni şey ruslarla da olacaq", - o bildirib.

Uitkoff Ukrayna üçün sülh prosesinə Rusiyanın yeni regionlarının ABŞ tərəfindən tanınmasının daxil olması ilə bağlı sualı cavablandırmaqdan imtina edib:

"Hazırda bu haqda danışmaq istəmirəm. Düşünürəm ki, bu məsələdən danışmaq bir az tezdir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026