• Bakı 16° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

BMT-dən Qəzza zolağı ilə bağlı HƏYƏCAN TƏBİLİ

DÜNYA

17 Mart 2025 | 09:40

BMT-dən Qəzza zolağı ilə bağlı HƏYƏCAN TƏBİLİ

BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) bəyan edib ki, İsrailin humanitar yardımı davam etdirdiyi blokadaya görə Qəzza zolağında ərzaq təminatı kritikdir.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə ÜƏP-nin "X" hesabında məlumat verilib.

“Martın 2-dən bəri Qəzzaya heç bir ərzaq çatmayıb, çünki bütün sərhəd keçidləri həm humanitar, həm də kommersiya yükləri üçün bağlı qalır”, - bəyanatda bildirilir. İsrailin Fələstin anklavını 15-ci gününə qədəm qoyan total blokadası artıq ərzaq qiymətlərinin kəskin artmasına səbəb olub.

Ümumdünya Ərzaq Proqramı qeyd edir ki, bəzi əsas ərzaq məhsulları 200%-dən çox bahalaşıb.

Yanvarın ortalarında İsrail və Fələstinin radikal HƏMAS hərəkatı Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə atəşkəs elan etmək barədə razılığa gəliblər.


SON XƏBƏRLƏR