• Bakı 10° C

    7.13 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Ramazanın 17-ci günü: Dua, imsak və iftar vaxtı...

CƏMİYYƏT

16 Mart 2025 | 19:18

Ramazanın 17-ci günü: Dua, imsak və iftar vaxtı...

Sabah Azərbaycanda Ramazan ayının 17-ci günüdür.

Bakıvaxtı.az xəbər verir ki, imsak saat 05:23, iftar isə saat 19:04-ə təyin olunub.

İmsak duası:

“Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin”.

Tərcüməsi:

“İlahi, bu gün məni saleh əməllərə doğru yönəlt! Ehtiyac və arzularımı yerinə yetir! Ey izaha və suala ehtiyacsız, qəlblərdəkindən xəbərdar olan Allah! Məhəmmədə və pak əhli-beytinə sənin salavatın olsun”.

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”


SON XƏBƏRLƏR

16 Mart 2025
15 Mart 2025