Gəncədə baş verən partlayışda xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Məlumatda bildirilir ki, 15.03.2025-ci il tarixdə saat 23:00 radələrində 1968-ci il təvəllüdlü şəxs (kişi cinsli) bədənin l, ll, lll dərəcəli yanığı diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.
Zəruri tibbi yardım göstərilən göstərilən şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
14:29
Gəncədə 58 yaşlı kişi yanıq xəsarəti alıb.
Bakıvaxtı.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Gəncə Cihazqayırma zavodunda baş verib.
Belə ki, Ə.Xudiyev bədənin bir çox hissənin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal 58 yaşlı kişiyə yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, Ə.Xudiyev zavodun vanna otağında duş qəbul edən zaman su qızdırıcı partlayıb, nəticədə o ağır yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.