• Bakı 11° C

    12.64 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Rüfət Kərimova HÖKM OXUNDU

HADİSƏ

15 Aprel 2025 | 11:39

Rüfət Kərimova HÖKM OXUNDU

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirləndirilən Rüfət Nurəddin oğlu Kərimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, “Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, onun barəsində  3 il sınaq müddəti seçilməklə şərti cəza verilib. 

İttihama görə, Rüfət Kərimov 2017-2022-ci illər ərzində təsisçisi və faktiki rəhbəri olduğu çoxsaylı şirkətlərə dövlət qurumları və onlara aid müəssisələr tərəfindən müxtəlif təyinatlarla köçürülmüş ümumilikdə 206 min manat məbləğində pul vəsaitini qanuni görüntü yaratmaq üçün formal əqdlər bağlamaq yolu ilə mənimsəməsinə, bununla da cinayət yolu ilə əldə edilən həmin pul vəsaitini leqallaşdırıb.

O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib. 


SON XƏBƏRLƏR