• Bakı 12° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Ağdərədə dağlıq ərazidə yanğın baş verib

HADİSƏ

16 Mart 2025 | 12:46

Ağdərədə dağlıq ərazidə yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdərə rayonu, Çıldıran və Çapar kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində 80 ha sahədə quru ot və xəzəl, 40 ədəd qurumuş ağac yanıb.

Sıx meşəlik ərazi yanğından mühafizə olunub.


SON XƏBƏRLƏR

15 Mart 2025