• Bakı 11° C

    12.64 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

HADİSƏ

15 Aprel 2025 | 10:41

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aprel ayının 6-da Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirilmiş tədbirlər nəticəsində pilotsuz uçuş aparatı (PUA) vasitəsilə ümumi çəkisi 14 kiloqram 240 qram narkotik vasitənin (14 kq 200 qram marixuana; 40 qram metamfetamin) İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmışdır.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


    SON XƏBƏRLƏR