• Bakı 20° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.0859

Şabranda çay daşıb, sakinlər təxliyə edilib

HADİSƏ

16 Aprel 2025 | 14:32

Şabranda çay daşıb, sakinlər təxliyə edilib

Dəvəçiçay daşıb, həyətlərə, evlərə, kommersiya obyektlərinə su dolub.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə Şabran şəhərinin M.Ə.Rəsulzadə küçəsində baş verib. İntensiv yağış nəticəsində Dəvəçiçaya gələn güclü sel fərdi yaşayış evlərinin həyətlərinə, evlərə, təsərrüfatlara, kommersiya obyektlərinə dolub.

    Hadisə baş verən ərazidə 30-a yaxın ev var. Evlərdə yaşayan sakinlər təxliyə edilib.

    Hadisə yerinə Şabran rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri və digər əlaqədar qurumların nümayəndələri cəlb olunublar.


    SON XƏBƏRLƏR