Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqına (Aİ) işləyən qlobal “kölgə ordusu”nun olduğunu iddia edib.
Bu barədə Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir.
O, Brüssel rəhbərliyinin bu ordu ilə ölkəsini ələ keçirməyə çalışdığını iddia edib. Baş nazir Aİ-yə xidmət edən qlobal “kölgə ordusu”nun mövcud olduğunu iddia edərək onu ləğv edəcəyinə söz verib. Orbanın sözlərinə görə, ölkəsində xarici qüvvələrin maraqları üçün çalışan insanlar var. O, Macarıstanı bu insanlardan xilas edəcəyini deyib.
"Biz siyasətçiləri, hakimləri, jurnalistləri, sözdə vətəndaş cəmiyyəti təşkilatlarını və siyasi fəalları satın almaq üçün korrupsiyalaşmış dollarlardan istifadə edən maliyyə maşınını dağıdacağıq. Bütün kölgə ordusunu məhv edəcəyik", - Orban deyib.
Orban Aİ-nin Ukrayna ilə bağlı siyasətini də tənqid edib. O, Brüsselin Ukraynanı müstəmləkə etmək istədiyini iddia edib: "İmperiya Ukraynaya kömək yox, onu müstəmləkə etmək istəyir. Müstəmləkəçiliyin aləti müharibədir. Avropa hökmdarları qərara gəliblər ki, Ukrayna nəyin bahasına olursa-olsun, mübarizəni davam etdirməlidir".