• Bakı 29° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Xankəndidə Novruz konserti olacaq

MƏDƏNİYYƏT

16 Mart 2025 | 19:21

Xankəndidə Novruz konserti olacaq

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə martın 18-də saat 19:45-də Xankəndidəki Zəfər meydanında "Xankəndinin bahar nəğməsi" adlı konsert olacaq.

Bu barədə Bakıvaxtı.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Xankəndi, Xocalı və Ağdərədə axırıncı torpaq çərşənbəsi də qeyd olunacaq, Novruz tonqalı yandırılacaq. Sakinlər Xocalı şəhərinin girişində quraşdırılmış Səməni ətrafına toplaşacaq, torpağın oyanışını uzun illər həsrətində olduqları el-obalarında qeyd edəcəklər.


SON XƏBƏRLƏR

18 Iyul 2025