• Bakı 19° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

İranda qaşqay qadınları polis zorakılığına məruz qalıb

DÜNYA

17 Mart 2025 | 09:54

İranda qaşqay qadınları polis zorakılığına məruz qalıb

İranın Fars əyalətinin Şiraz şəhərində milli-mədəni hüquqların pozulması ilə bağlı etiraz aksiyası keçirən qaşqay türklərinin (azərbaycanlıların) qadınları polis qüvvələrinin hücumuna məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, onlara Fars əyaləti Polis İdarəsinin rəisi Reham Bahş Həbibi başçılıq edib.

İnformasiyaya əsasən, rəis farsdilli lor etnik qrupunun nümayəndəsidir, İranın Boirahmed bölgəsindən gəlmədir.

Qeyd edilib ki, yayılan videogörüntülərdə polis tərəfindən qadınlara fiziki gücün tətbiqi açıq-aşkar görünür.

Bildirilib ki, Azərbaycan türklərinin bir qolu olan qaşqaylar milli geyimləri, adət-ənənələrinin başqa farsdilli lor qrupun adına qeydiyyata alınmasına etiraz ediblər.

Mütəxəssislər qeyd ediblər ki, qaşqaylar tarixən qadınların şərəf və ləyaqətini qoruyublar. Vaxtilə bir ingilis yaşlı qaşqay qadınına əl qaldırmışdı. Buna etiraz olaraq qaşqay türkləri ingilislərə layiqli cavab vermişlər. Bu hadisə tarixdə də təsbit edilib.

Vurğulanıb ki, polisin davranışı adi etiraz aksiyasının qarşısının alınmasına cəhd deyil, bu, həm də Azərbaycan türklərinin qaşqay tayfasının insani, milli, mədəni hüquqlarına qarşı hörmətsizlik, onların aşkar assimilyasiyasının göstəricisidir.

Xatırladaq ki, Şiraz şəhərində bu, son zamanlar qaşqay azərbaycanlılarının adət-ənənə, milli geyimlərinin lorların və başqa farsdillilərin adına qeydiyyata alınmasına qarşı üçüncü etiraz aksiyasıdır.


SON XƏBƏRLƏR

16 Mart 2025